Virtual e-roman |
Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları" |
||||||||
|
|
Əsas Səhifə
Haqqında
|
||||||||
![]() İstək varsa, özünüz də həmmüəlliflik edin... Aydın Xan |
|
||||||||
|
DALĞAçılar AKSİYA KEÇİRDİ: bu dəfə ekologiya..."Şərhsiz" seiyasından növbəti səhifələr... Vərəm əleyhinə aksiya keçirən gənclər, polislə də 1 aprel zarafatı etməyə imkan tapdılar Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 1 aprel tarixində Demokratiya bağından başlayaraq Fəvvarələr Meydanına kimi aksiya edəcəyini açıqlamışdı. Nəzərdə tutulan aksiya bu gün saat 14-00-da öncədən elan olunmuş yerdə yox, Tibb Universitetinin qarşısında keçirilib. Buna səbəb əvvəlcədən nəzərdə tutulmuş yerə polis nəfərlərinin cəlb olunması olub. Bu da dalğaçılara polislərlə 1 aprel zarafatı etmək fürsəti verdi. Tibb Universitetinin qarşısına gedən Hərəkat fəalları üzərində “Sağlam gələcək, vərəmlə gələcək?!”, “Səhiyyəmiz komadadır!” azərbaycan və ingilis dilində şüarlar qaldırmış və ağızlarına tibbi maska bağlayaraq yerə uzanmışlar. Bu isə Tibb Universitetinin tələbələrinin marağına səbəb olmuşdur. Aksiya iştirakçıları üzərində tələbləri yazılmış 2000 vərəqəni tələbələr arasında paylamışlar. Vərəqənin mətni aşağıdakı kimi olub.Təmiz ekologiya, korrupsiyasız səhiyyə, sağlam gələcək... Niyə Bakı dünyanın ən çirkli paytaxt şəhəridir ?.. Sağlam Azərbaycanda Yaşamaq Arzusu ilə, Dalğa Gənclər Hərəkatı web:www.dalga-gh.tk,
|
||||||||
|
|
|||||||||
| © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com |
|